Xidmətlərimiz | Son yeniliklər

Mübahisələrin həlli və məhkəmədə təmsilçilik

Komandamız kommersiya, danışıqlar və transsərhəd məhkəmə proseslərində geniş təmsilçilik təcrübəsi ilə optimal nəticələrə nail olmaq və xərc səmərəliliyini təmin etməkdə yüksək peşəkarlığı ilə seçilir.
Konsultasiya alın
Müştərilərimizin məhkəmələr və tənzimləyici qurumlar qarşısında müdafiəsi üçün geniş təcrübəyə malik hüquqşünaslarımızla ən mürəkkəb kommersiya mübahisələrində, sübut edilmiş danışıqlar və barışıq strategiyalarında, eləcə də transsərhəd məhkəmə çəkişmələrində üstün hüquqi həllər təklif edirik. Hər bir mübahisə və məhkəmə işində dərin hüquqi biliklər və strategiyalarla müştərilərimizin maraqlarını qətiyyətlə qoruyuruq.

Hərtərəfli məhkəmə dəstəyi və risklərin idarəedilməsi

İddianın bütün mərhələlərində müştərilərimizə geniş hüquqi dəstək verərək mümkün risklər və hüquqi təsirlər barədə məsləhətlər təqdim edirik. Hüquqşünaslarımız hər bir işə fərdi yanaşaraq “ən yaxşı təcrübələrə” əsaslanan və xərcləri minimuma endirən strategiyalar hazırlayır. Bu yanaşma, müştərilərimizin hüquqi məsələlərini yüksək keyfiyyətlə və optimal effektivliklə idarə etməyimizə zəmin yaradır.

Uğurla həyata keçirilmiş məhkəmə işləri və bərpa edilmiş zərərlər

Məhkəmə şöbəmiz müştərilərimizin maraqlarını qorumaqda böyük nailiyyətlərə imza atmışdır, mənimsəmə halları və arbitraj mübahisələrində çox milyon dollarlıq zərərlərin bərpasında əhəmiyyətli uğur əldə etmişdir. 2018-ci ildən etibarən yüzlərlə məhkəmə prosesində iştirak edərək milyonlarla dollar məbləğində zərərin ödənilməsinə nail olmuşuq. Bu təcrübə müştərilərimizin hüquqlarını qorumağa dair güvən verən hüquqi bir bazaya sahib olduğumuzu göstərir.

Məhkəmə dəstəyi xidmətlərimiz təkcə təmsilçiliklə məhdudlaşmır; işlərin bütün gedişatında sənədlərin qorunması və idarə olunmasını da əhatə edir. Hər bir işin təhlili əsasında, müştərilərimizin müdafiəsini maksimum səviyyədə təmin etmək üçün müvafiq məhkəmə strategiyaları və prioritetləri hazırlayırıq. Məhkəmə prosesindən sonra bütün əlaqəli sənədlər, həm rəqəmsal, həm də kağız əsaslı mürəkkəb sənəd idarəetmə sistemimiz vasitəsilə diqqətlə emal və saxlanılır.
VƏKİLLƏRİMİZ İLƏ ƏLAQƏ SAXLAYIN
icon - /uploads/s/s/9/o/s9o6gdbtn3ak/img/full_MZpOkYau.png

Mediasiya və mübahisələrin alternativ həlli

icon - /uploads/s/s/9/o/s9o6gdbtn3ak/img/full_UJUDv2l0.png

Birinci, apellyasiya, kassasiya instansiyalarında nümayəndəlik

icon - /uploads/s/s/9/o/s9o6gdbtn3ak/img/full_xPtVUgp4.png

Dövlət və inzibati hüquq

icon - /uploads/s/s/9/o/s9o6gdbtn3ak/img/full_jEMVuf5e.png

Səhmdar mübahisələri

icon - /uploads/s/s/9/o/s9o6gdbtn3ak/img/full_ejEfHKON.png

Əqli mülkiyyət mübahisələri

icon - /uploads/s/s/9/o/s9o6gdbtn3ak/img/full_NhbQa6M7.png

Fırıldaqçılıq üzrə mübahisələr və aktivlərin bərpası

icon - /uploads/s/s/9/o/s9o6gdbtn3ak/img/full_Q3SRVMtY.png

Hökumət ilə əlaqələr

Bizimlə əlaqə saxlayın

icon - /uploads/s/s/9/o/s9o6gdbtn3ak/file/full_6QEXO1Dt.svg
Ünvan
AZ1014, Bakı, Azərbaycan, Füzuli küç. 37., Park View Biznes Mərkəzi, 5-ci mərtəbə
E-poçt ünvanı
Sorğu üçün: office@turanlegal.az
İR ilə əlaqə: hr@turanlegal.az
 
© 2025 Turan Legal and Tax Services LLC.